ÇıxışYolu.Com – Qulluqçudan insanlıq dərsi: bir neçə saniyə geciksəydi, uşaq öləcəkdi

Baxış sayı: 2. 842 dəfə baxılıb.

ÇıxışYolu.Com - Qulluqçudan insanlıq dərsi: bir neçə saniyə geciksəydi, uşaq öləcəkdi

Filippində qulluqçu südəmər körpənin həyatını xilas edib. Belə ki, o, evin damı uçmazdan bir neçə saniyə əvvəl uşağı otaqdan çıxarmağı bacarıb.

Martın 24-də baş vermiş insidentin görüntüsü “Reddit” platformasında yayılıb.

Kadrlarda ağ uniformada olan qadının otağa qaçaraq, körpəni götürüb çıxdığı əks olunub.

Sonra müşahidə kamerasının obyektivində başqa bir qadın peyda olur. O, qapını aralı saxlayaraq, qulluqçunun uşağı maneəsiz şəkildə otaqdan çıxarmasına şərait yaradır. Bir neçə saniyədən sonra tavan düz uşağın beşiyinin olduğu yerə çökür.

İnsidentin Filippində martın 24-də baş vermiş zəlzələ ilə əlaqədar baş verdiyi güman edilir.