Rusiyanın paytaxtı Moskavada keçirilən Premyer Liqa turniri karateçilərimiz üçün uğurlu olub.
ÇıxışYolu.Com-ın xəbərinə görə, Nuranə Əliyeva (-50 kq) bürünc medal qazanıb.
O, karatenin vətənindən olan yaponiyalı rəqibi ilə bərabərə (8:8) qalsa da, qələbə bizim idmançıya verilib.
Dünya karatesinin ”Brilyant”ı Rafael Ağayev (-75 kq) isə uzun müddətdən sonra qızıl medal həsrətinə məhz Moskvada son qoyub. Beşqat dünya çempionumuz finalda qazaxıstanlı rəqibini 1:0 yenərək qızıl medal qazanıb.
İkinci qızıl medal isə digər dünya çempionumuz İrina Zaretskayadan gəlib. Ukraynalı legionerimiz finalda çinli Qonq Li üzərində 5:0 hesabı ilə qələbə qazanıb.
Səbuhi Musayev