Hazırda paytaxtın dəbdəbəli restoranlarının birində məşhur rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın toyu keçirilir.
ÇıxışYolu.Com xəbər verir ki, diqqət çəkən məqam Fatimənin qızının toy məclisinə yalnız Əməkdar artist Mətanət İsgəndərlini dəvət etməsidir.
Mediaya qapalı keçirilən məclisdən oğlu Hüseyn ilə birgə “Instagram” hesabında foto paylaşan Fatimənin kövrələrək, göz yaşı axıtması nəzərdən qaçmayıb. Rəqqasə, yayımladığı fotoya, “Allah gözəl qızım Aydanı xoşbəxt etsin. Şükür bu günə. Hüseyn balamdan görüm” şərhini yazıb.
Aydanın gəlin paltarında görüntülərini fotoqraf İlkin Cəfərov “Instaqram” səhifəsinin “hekayə” bölümündə paylaşıb. Fotoya İlkin “Bu gün Əkbər və Aydan cütlüyünün toyunu çəkirik” şərhini yazıb.
Rəşad Əliyev