Rusiyanın Sankt-Peterburq şəhərində əlil arabasında idman rəqsi üzrə Dünya Kuboku və Qitə Kuboku yarışları davam edir.
Milli Paralmiya Komitəsindən verilən xəbərə görə, yarışın ikinci günündə Azərbaycan təmsilçiləri Fərid Mehdiyev və Vüsalə Kərimova cütlüyü ilə Rəsul Zəkiyev və Diana Batakova cütlüyü “Сombi Freestyle Class 2” növündə yarışıblar.
On altı ölkənin təmsilçiləri arasında yarışan paralimpiyaçılarımız final blokuna qədər yüksəliblər.
Final blokunda 6 cütlük arasında birinci və ikinci yerlərə Rusiya Federasiyası, üçüncü yerə isə Qazaxıstan cütlüyü sahib olublar.