Dünya karatesinin ”Brilyant”ı Rafael Ağayev Rusiyada qələbədən sonra Bakıya dönüb.
ÇıxışYolu.Com xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalqq hava limanında karateçimizi yaxınları və media nümayəndələri qarşılayıb.
Rafael Ağayev “BakuTV”yə müsahibəsində bildirib ki, onun üçün bi il çətin keçib və buna görə son qələbəyə çox sevinib.
“Bu il mənim üçün önəmli idi. Çünki karate yay Olimpiya oyunlarına vəsiqə qazanıb. Və qəlin il Tokioda çıxış etmək üçün biz hamımız lisenziya qazanmağa çalışırıq. İlin əvvəlindən 4 finalda məğlub olmuşdum və iki yarışda 3-cü olmuşdum. Bu mənim il ərzində ilk qızıl medalımdır və buna görə çox sevindim. Bütün xalqımıza, bütün insanlara demək istəyirəm ki, biz də robot deyilik, udub uduzmağı bacarmalıyıq. Professional idmançılar nə qədər yüksəkdə olmasalar da yerə düşməlidirlər ki, yuxarının ləzətini bilsinlər”, – deyə Rafael Ağayev vurğulayıb.