ÇıxışYolu.Com – Ramal Aslanov: “Lord” adında restoran görəndə soruşurlar ki, bu obyekt sənindir?

Baxış sayı: 1. 746 dəfə baxılıb.

Ötən ay Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən kikboksinq üzrə dünya çempionatından qızıl medalla qayıdan iki idmançıdan biri millimizin kapitanı Ramal Aslanov oldu. O, 75 kq çəki dərəcəsində dünya çempionu oldu. Bununla da 2012-ci ildən bəri beş dəfə WAKO-nun keçirdiyi dünya və Avropa çempionatlarının finallarında uduzan “Lord” ləqəbli idmançımız ilk dəfə dünya çempionu adına yiyələndi.

ÇıxışYolu.Com olaraq Ramal Aslanovdan müsahibə götürdük. Müsahibədə gənclər üzrə kikboksinq millimizin baş məşqçisi, Ramalın şəxsi çalışdırıcısı Hakim Hacıyev də iştirak etdi.

– Ramal Aslanovun uşaqlığı necə keçib? 

– 1992-ci ilin martın 1-də Şəmkirin Çənlibel kəndində doğulmuşam. Uşaqlıqda çox dəcəl olmuşam. Qonşular əlimdən bezmişdi. Döyə bilmədiklərim olanda daşla başlarını yarırdım (gülür). Uşaq olmuşam da. 2003-cü ildə atamın işinə görə Bakıya köçmüşük.

ÇıxışYolu.Com - Ramal Aslanov: “Lord” adında restoran görəndə soruşurlar ki, bu obyekt sənindir?

– Elə bu amil idmana gəlməyinizdə rol oynadı?

– Haradasa, hə. 2004-cü ildə muay-taya (kikboksinqə yaxın olan Tailand döyüş növü – S.M.) gedirdim. Onda Azərbaycana bu idmanı təzə gətirmişdilər. İrandan bir məşqçi bizə məşq keçirdi. Qonşu uşaqlardan Musa bir dəfə dedi ki, gəl, “Dinamo”da Hakim müəllimin məşqlərinə yazıl. Məşqə həmin muay-tay şortu ilə getdim. Onun qarşısına “muay”, arxasına isə “tay” yazılmışdı. Zala girəndə Hakim müəllim dedi ki, bu nədir ə, qabağına “muay” yazılıb, bir az keçəndə arxa hissəyə də “tay” yazıldığını görüb ona lağ etdi (gülür). Onda 42 kq olardım.

Muay-taya da getdiyim cəmi bir həftə idi. Bir həftəyə heç nə öyrənməyim mümkün deyildi. Hakim müəllim məni bir-iki döyüşdə yoxladı. Baxdı ki, döyüşməyi bacarıram. Ondan sonra məni Sumqayıtda keçirilən respublika birinciliyinə apardı və orada ikinci yeri tutdum.

ÇıxışYolu.Com - Ramal Aslanov: “Lord” adında restoran görəndə soruşurlar ki, bu obyekt sənindir?

Məşqçisi: Onun gəldiyi vaxta kimi deyə bilərəm. Saat 5-də məşqə gəlmişdi. Sulutəpədə yaşayan tələbələrimdən biri Ramala demişdi ki, gəl, yazıl. Adətən, yeni məşqə gələnlərə hansı formada gəlməyini tapşırırıq. Ramal hazırlıqlı gəlmişdi. Mən məşqə gələndə tələbədən soruşuram: “Küçədə dalaşa bilmək üçün məşqə gəlirsən, yoxsa Azərbaycan bayrağını qaldırmaq üçün?” Uşaq ki “küçədə döyüşmək üçün” dedisə, ona başa salıram ki, bayrağı qaldırmaq üçün döyüşmək lazımdır. Döyüş rinqin içində olmalıdır. Rinqdən kənarda olan döyüşə görə səni həbs gözləyir. İlk gündən Ramalın içindəki dalaşqanlığı gördüm və onun üzərində zəhmət çəkməyə dəydiyini gördüm.

– Kikboksinq həm də insan həyatı üçün təhlükəli idman növüdür. Baş zərbəsi zamanı insan həyatını itirə bilər. Valideynlər bu idmana getməyinə qarşı çıxmadı?

– Mən dərslərimi çoxundan yaxşı oxumuşam. Bu, xüsusən də biologiyaya aiddir. Həkim olmaq istəmişəm. Sonra kikboksinqdə çempionluqlar qazandıqca, dərslərdən uzaqlaşmağa başladım. Biz tərəfdə uşağı oxumayanlara pis baxırlar. Ona görə də valideynlərim məni məşqlərə buraxmaq istəmirdi. Gizlincə məşqlərə gedirdim.

Bir dəfə bunun üstündə döyülmüşəm. Onda ağlayırdım ki, mən idmançı olmaq istəyirəm. Anam da oxuduğum məktəbdə ibtidai sinif müəllimi idi. Hər dəfə deyirdi ki, sənin əlindən məktəbə gedə bilmirəm. Bütün müəllimlər dalaşqanlığıma görə məndən şikayətlənirdi. Döyüşlər vaxtı valideynlərim hər dəfə “a bala, bəsdir, daha döyüşmə” deyir.

ÇıxışYolu.Com - Ramal Aslanov: “Lord” adında restoran görəndə soruşurlar ki, bu obyekt sənindir?

– Yeri gəlmişkən, valideynləriniz döyüşlərinizə baxmağa gəlir?

– Həmişə göstərilirsə, televizordan baxırlar. Amma bir dəfə atam xalam oğlanları ilə birgə “Sərhədçi”də döyüşümə baxmağa gəlib. İki raund döyüşdükdən sonra soruşub ki, Ramal hansıdır? (gülür) Həmin döyüşdə nokautla qalib gəldim. Atam bir az idmandan kənar insandır. Soruşur ki, güləşib qalib gəldin? Deyirəm ki, bizdə güləşmək yoxdur. Ümumiyyətlə, nəsildə yeganə peşəkar idmançıyam.

ÇıxışYolu.Com - Ramal Aslanov: “Lord” adında restoran görəndə soruşurlar ki, bu obyekt sənindir?

– Daşıdığınız “Lord” ləqəbinin tarixçəsi varmı?

– Bunu Hakim müəllim mənə verib. Bilirsiniz ki, lord Britaniyada ən yüksək titullardan biridir. Peşəkar döyüşdə hər bir idmançının ləqəbi olur. Məni də Hakim müəllim “Lordsan” deyə-deyə “Lord” etdi (gülür). Arada bu adda restoran görəndə şəklini çəkib atırlar ki, bu obyekt sənindir? Çünki kikboksinqdə “Lord” deyəndə mən yada düşürəm. 

Məşqçisi: Mən onu, həqiqətən, idmanın hökmdarı, lordu kimi görürəm. 2012-ci ildən onu belə adlandırmağa başlamışam. Onu necə görmüşəmsə, elə də adlandırmışam.

ÇıxışYolu.Com - Ramal Aslanov: “Lord” adında restoran görəndə soruşurlar ki, bu obyekt sənindir?

– Qeyd etdiniz ki, Lord britaniyalılara məxsus tituldur. Bəs özünüz orada olmusunuz?

– Yox. Bir dəfə orda yarışım vardı, gedə bilmədim. Orda bibimoğlu yaşayır, hərbi attaşe işləyir. Neçə dəfə İngiltərəyə çağırıb, gedə bilməmişəm.

– Onda sizi Britaniyada olmayan yeganə lord adlandırmaq olar… Əl zərbələrinizin ayaq və diz zərbələrinizdən daha çox güclü olduğunu bilirik. Rəqiblərə görə bəzən taktiki dəyişiklik etməli olursunuz. Bu nəticədə solaxay adamın sağla vurması kimi alınmır?

– Bu, daha çox təcrübədən irəli gəlir. Rəqiblər mənimlə döyüşlərdə bağlanırlar. Son dünya çempionatının finalında ona görə daha çox ayaq zərbələrindən istifadə etdim. Bəlkə də, ömür boyu bu qədər ayaq zərbəsi vurmamışdım. Ayaqlarım fiziki cəhətdən zəif görünsə də, zərbələrim ağırdır. Sadəcə, ayaqdan çox istifadə etmirəm. Mən rəqiblərimi daha çox əl zərbələri ilə nokauta sala bildiyimdən, buna üstünlük verirəm.

ÇıxışYolu.Com - Ramal Aslanov: “Lord” adında restoran görəndə soruşurlar ki, bu obyekt sənindir?

– Ağır zədə aldığın an olubmu?

– 2017-ci ildə Çeçenistanda döyüşəndə solaxay idmançı sol dizimi ağır zədələmişdi. Zədəm vardı, amma güclü deyildi. İkinci raundun ortasında dizimdən zərbə aldım. Həkimlər dedi ki, döyüşmək olmaz. Ondan sonra çox adam dedi ki, Ramal daha döyüşə bilməz. Hətta yaxın dostlarımdan bəziləri məndən uzaqlaşdı.

Deyirdilər ki, dünya çempionatına gedə bilməz. Hətta yerimə döyüşçü axtarılırdı. Amma federasiyanın prezidenti Adil Əliyev və məşqçim mənə dəstək oldu. Nəticədə, dünya çempionatına yollandım. İndi sol dizim sağdan da güclüdür.

ÇıxışYolu.Com - Ramal Aslanov: “Lord” adında restoran görəndə soruşurlar ki, bu obyekt sənindir?

– 27 yaşınız var. Evlənmək barədə düşünmürsünüz?

– Şükür Allaha, ötən il cənab prezident mənə mənzil bağışladı. Hələ tələsmirəm. Çünki indi karyeramda ən pik formada olan vaxtımdır. Düşünürəm ki, evlənməklə karyeramı arxaya salmış olaram. Həm də evlənmək bir az qismət məsələsidir. Hələlik ortada bir şey yoxdur.

– Hakim müəllim, peşəkar idmançı neçə yaşa kimi döyüşməlidir ki, özünü çox da gözdən salmasın?

Məşqçisi: Ən yaxşı döyüşçü bir məşqçinin yanında 10 ilə püxtələşir. 10-cu ildə Ramal tanındı. Ramal Azərbaycanda yeganə idmançıdır ki, il ərzində doqquz peşəkar döyüş keçirib. Onun içində kəmər, Qran Pri döyüşləri olub.

Bu gün Ramal desə ki, karyeramı bitirirəm, ona heç bir söz demərəm. Keçən il mən televiziyada demişdim ki, Ramaldan onda əl çəkərəm ki, WAKO-dan dünya çempionu olsun. Bu il artıq o, 75 kq-da dünya çempionudur. 75 kq-da Azərbaycandan dünya və Avropa çempionu olan yoxdur. Onun yaşı qabaqdadır.

İdmançı var ki, 30-35 yaşadək döyüşməyə gücü çatır. Adim müəllimin tövsiyyələri ilə hərəkət edirik. Bu ayın 23-də Antalyada başlayacaq dünya çempionatında da iştirak edə bilərdi. Amma Adil müəllim dedi ki, dekabrın 14-də Almaniyanın Duysburq şəhərindəki peşəkar yarışa qoşulaq. Onun rəqibi “Glory”də yarışmış mərakeşli idmançıdır.

ÇıxışYolu.Com - Ramal Aslanov: “Lord” adında restoran görəndə soruşurlar ki, bu obyekt sənindir?

– Hazırda özümü beş il əvvəlkindən daha yaxşı hiss edirəm. Təcrübəm daha çox artıb. Özüm də görsəm ki məğlubiyyətləri sıralayıram, o zaman karyeramı bitirərəm. Həm də kikboksinqin 2024-cü il Olimpiadasına salınması məsələsi var. Həmin vaxt mənim 32 yaşım olacaq. Bu yaş isə elə böyük yaş deyil, vuruşa bilərəm.

– 22 yaşında kikboksinq milllimizin kapitanı olmusunuz. Etiraf edək ki, yığmada sizdən də yaşca böyük və təcrübəli idmançılar var. Necə oldu ki, kapitanlıq sizə həvalə edildi?

– Mən iki-üç yarış olar ki, oradan bürünc medalla qayıtmışam. Qalan yarışlarda finalçı olmuşam. Gümüş medal da, qızıl da qazanmışam. Peşəkar döyüşlərdə qələbələrim daha çox olub. Bu səbəbdən Adil müəllim kapitanlığı mənə verib.

Uşaqlar da bunu pis qarşılamadılar. Yığmada yeganə idmançıyam ki, hər il nəticə verirəm. Bu da kapitan olmaq üçün şərtdir. Mən dünya çempionu olanda italyanlarla portuqaliyalılar məni təbrik edirdi ki, nəhayət, gümüş medalı qızıla çevirə bildim.

ÇıxışYolu.Com - Ramal Aslanov: “Lord” adında restoran görəndə soruşurlar ki, bu obyekt sənindir?

– Beş dəfə finalda uduzduqdan sonra dünya çempionu oldunuz. Yəqin, qəşəng qonaqlıq da vermiş olarsınız…

– Sözün açığı, qonaqlıq verməmişəm. Amma yarışdan gəldikdən sonra yaxın qohum-tanışlar bir həftə ərzində mənə qonaqlıq verdi.

– Finalda uduzmaqlarınızı əvvəl psixoloji problemlə əlaqələndirmişdiniz. Bu dəfə psixoloji problemi necə aşdınız?

– İndiyə qədər 71 kq-da döyüşürdüm. 7-8 kq çəki salmalı olurdum. Hətta 82 kq-dan 71-ə çəki salmışam. Kikboksinqdə isə hər döyüşdən əvvəl çəkini ölçürlər. Bu çəkini də salmaq üçün məcburam ki, meyvə, salat kimi qidalar yeyim.

Finaldakı rəqiblərim isə mənim qədər çəki salmırdı. Ona görə finala kimi gücüm qalmadığı üçün uduzurdum. Bu dəfə 75 kq-da döyüşdüm deyə, o qədər çox çəki salmadım. Hər döyüşdən sonra ürəkli yemək yeyə bilirdim. Mən gücə üstünlük verən idmançıyam.

ÇıxışYolu.Com - Ramal Aslanov: “Lord” adında restoran görəndə soruşurlar ki, bu obyekt sənindir?

– Bundan sonra sizi 75 kq-da döyüşən görəcəyik?

– Həvəskar döyüşlərdə, bəli. Amma peşəkar döyüşlərimdə yenə 71 kq-da yarışacağam. Çünki peşəkar rinqdə bir adamla döyüşürsən və çəki salmaq o qədər də təsir etmir. Elə olub ki, beş kiloqram çəkini salmaq üçün axşam heç nə yeməmişəm, səhər müəllimi oyadıb balonka ilə qaçmışam və yatanda üstümü basdırmışam ki, tərləyim.

– Boksla bağlı açıqlamanızda demişdiniz ki, mən 500 manatla neyləyə bilərəm, Çində bir yarışa 97 min pul qazanmışam. İyunda Çindəki FF çempionatında güclülərin güclüsü oldunuz. Orada nə qədər qazandınız?

(gülür) 2016-cı ildə beş döyüş keçirib həmin pulu qazanmışdım. Bu dəfə isə bir döyüş keçirmişdim və 10 min dollar qazandım.

ÇıxışYolu.Com - Ramal Aslanov: “Lord” adında restoran görəndə soruşurlar ki, bu obyekt sənindir?

– Boks üzrə Azərbaycan çempionatının ikincisi oldunuz. Amma millinin məşqçisi Nəriman Abdullayevlə söhbətinizdən sonra boksdan küsdünüz. Bu, o deməkdir ki, daha sizi boksda görməyəcəyik?

– Boksa mənim getməyimin əsas səbəbi dünya, Avropa çempionu olmaq, Olimpiadaya getmək deyildi. Sadəcə, zərbələrimin gücünü artırmaq istəyirdim.

Məşqçisi: Ramal sırf kikboksinqin idmançısıdır. O, 12-13 yaşlarından bu idman növündədir. Amma elə idmançılarımız var ki, biri muay-taydan, biri uşu-sandadan, biri boksdan gəlib. O, boksa da Adil müəllimin razılığı ilə getmişdi. Üstəlik, çempionat dəbilqəsiz keçirilirdi deyə bizə sərf edirdi.

ÇıxışYolu.Com - Ramal Aslanov: “Lord” adında restoran görəndə soruşurlar ki, bu obyekt sənindir?

– Peşəkar döyüşlərdə rəqibləri özünüz seçirsiniz, ya təklif olunanla razılaşırsınız?

– Mən təklif olunanlara razı olan idmançılardanam. Hər zaman da rəqiblərim güclü idmançılar olub. Heç vaxt da döyüş təkliflərindən imtina etməmişəm. Həm də elə bir menecerim də olmayıb ki, mənə nisbətən asan rəqiblə döyüş təşkil etsin. 2013-cü ildə Avstriyanın paytaxtı Vyanada ilk peşəkar döyüşümü keçirəndə məni Avropa yığmasının kapitanı olan rumın idmançı ilə salmışdılar. Rəqiblərimizi “Youtube” vasitəsilə analiz edirik.

ÇıxışYolu.Com - Ramal Aslanov: “Lord” adında restoran görəndə soruşurlar ki, bu obyekt sənindir?

– Başınıza gəlmiş maraqlı əhvalat danışardınız…

– 2016-cı ilin dekabrında Çindəki FF Qran-Prisində mənim ilk rəqibimi çəkisi düz gəlmədiyi üçün dəyişdirmişdilər. Rinqə çıxmışam, hələ rəqibimin kim olduğunu bilmirəm. Bir də baxdım ki, keçmiş kikboksçu, MMA-da məşhur olan surinamlı Melvin Manhuf gəlir, yanında da bir qaradərili idmançı.

Hakim müəllim dedi ki, gəl, Manhuf kimi məşhur kikboksçu ilə şəkil çəkdirək. Sən demə, onun tələbəsi ilə döyüşməliyəm. Melvin özü də döyüşəndə şou göstərən biridir, zəncirlə rinqə çıxırdı. Elə tələbəsi də özü kimi idi. Biz də sakitcə onlara baxırdıq.

Müəllimim də deyir ki, koçum, yaxşı olacaq. Görürəm ki, müəllimin özünün də qələbəmə inamı yoxdur (gülür). Ayaqları çox güclü idi. İkinci raundda ona “bokovoy” necə vurdumsa, rəqibimi ayılda bilmirdilər. Onu xərəklə rinqdən apardılar. İki dəqiqədən bir Manhufla şəkil çəkdirirdik. Müəllimim gedib onun tələbəsinin durumunu soruşmaqla Manhufa acıq verirdi (gülür).

ÇıxışYolu.Com - Ramal Aslanov: “Lord” adında restoran görəndə soruşurlar ki, bu obyekt sənindir?

– Manhufdan danışdınız, yadıma onun “Bellator”da keçirdiyi döyüşlər düşdü. Ola bilərmi ki, Ramal Aslanov da gələcəkdə kikboksinqi bu dəqiqə daha məşhur olan MMA-ya dəyişsin?

– Mənim güləşim var, normaldır, MMA-da yarışa bilərəm. Amma Azərbaycandan UFC-yə çıxış çətindir. İnşallah, gələcəkdə bu da olar. Ümumilikdə isə MMA-ya keçmək kimi planım yoxdur. Mənimki oktaqon yox, dördkünc kikboksinq rinqidir. Orada özümü evimdəki kimi hiss edirəm.

Rinq mənim dünyamdır. Heç bir həyəcanım olmur. Qaydasız döyüş isə heç vaxt məni cəlb etməyib. Açığı, UFC döyüşlərinə də baxmıram. Yalnız Həbib Nurməhəmmədovla Konor Makqreqor arasındakı döyüşə baxmışam.

ÇıxışYolu.Com - Ramal Aslanov: “Lord” adında restoran görəndə soruşurlar ki, bu obyekt sənindir?

– Kikboksinqdə “Glory” bildiyim qədərilə MMA-nın UFC-sidir. Niyə orada çıxış etmirsiniz?

– Yenə də menecer söhbəti var. “Glory”nin əsas döyüşləri də bu dəqiqə Çində olur. Çində daha çox pul mükafatı verilir.

Məşqçisi: Ramal dünya çempionu olduqdan sonra ona döyüş təklifləri çox gələcək. Bildiyiniz kimi, may ayında Çelyabinskdə WAKO-da dünya kəməri döyüşünə çıxacaq. Mən istərdim ki, Ramal “Glory”nin çempionu olsun. İnşallah, onun çempionu kimi Ramal da ayrıca müsahibə verər.

Yeri gəlmişkən, Ramal 75 kq-da yeni dünya çempionu olsa da, onu mediada az işıqlandırdılar. Halbuki onun Bosniya və Herseqovinadakı final döyüşü qala gecənin 12 döyüşündən biri seçilmişdi. Allah sizdən razı olsun ki, həm onun nəticəsini işıqlandırdınız, həm də əsl dünya çempionundan müsahibə aldınız.

ÇıxışYolu.Com - Ramal Aslanov: “Lord” adında restoran görəndə soruşurlar ki, bu obyekt sənindir?

Səbuhi Musayev
FOTO: Ramil Zeynalov