Xalq artisti Rasim Balayev Əməkdar artist Röya Ayxanın “Uşaqlıqda Rasim Balayevi sevirdim. Elə bilirdim ki, böyüyəndə ona ərə gedəcəyəm” etirafına reaksiya verib.
ÇıxışYolu.Com xəbər verir ki, R.Balayev bu barədə məlumatlı olduğunu, Röyanın bir dəfə bunu onun özünə dediyini bildirib:
“Eşitmişəm bu barədə. Toyların birində məni görüb, gəlib dedi. Arzusu olub, arzusu ürəyində qalıb”.
Xalq artistinə ünvanlanan, “Röyanı müğənni olaraq bəyənirsinizmi?” sualına isə “Belə də, ortabab müğənnidir” deyə cavab verib.
Rəşad Əliyev