ÇıxışYolu.Com – “Real” öz meydanında biabır olub Çempionlar Liqası ilə vidalaşdı

Baxış sayı: 3. 985 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Real” öz meydanında biabır olub Çempionlar Liqası ilə vidalaşdı

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

ÇıxışYolu.Com xəbər verir ki, “Real” səfərdə 2:1 hesabı ilə məğlub etdiyi “Ayaks”ı doğma meydanda qəbul edib.

Çempionlar Liqasının son üç qalibi mübarizəni gözlənilmədən dayandırıb. Amsterdam təmsilçisi meydan sahiblərinə 4:1 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib.

Bununla da Madrid klubu ardıcıl üç ev oyununda məğlub olmaqla antirekorda imza atıb. Bu üç matçda “Real” qapısından səkkiz top buraxaraq cəmi bir qol vura bilib.