ÇıxışYolu.Com – “Real” və “Çelsi”də oynayan ulduz futbolçu Bakı klubuna keçir

Baxış sayı: 3. 160 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Real” və “Çelsi”də oynayan ulduz futbolçu Bakı klubuna keçir

Xəbər verdiyimiz kimi, “Səbail” Futbol Klubu dünya şöhrətli Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlar aparır.

Klubun rəsmi “Facebook” səhifəsində verilən məlumata görə, Maykl Esyen bu gün Bakıya gəlib.

Futbolçu “Səbail” – “Qarabağ” matçını izləyəcək.

Qeyd edək ki, Qana millisinin heyətində 58 oyuna doqquz qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir.

Peşəkar karyerasına Fransa “Bastia”sında başlayan Esyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb.

Yarımmüdafiəçi “Çelsi” formasında 168 oyunda 19 qol vurub.

O, İspaniya paytaxtının “Real” və İtaliya nəhəngi “Milan”ın da şərəfini qoruyub.