ÇıxışYolu.Com - Respublika İdman Tibb Mərkəzi ləğv olundu

ÇıxışYolu.Com – Respublika İdman Tibb Mərkəzi ləğv olundu

Baxış sayı: 2. 503 dəfə baxılıb.

ÇıxışYolu.Com - Respublika İdman Tibb Mərkəzi ləğv olundu

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Gənclər və İdman Nazirliyinin tabeliyindəki Respublika İdman Tibb Mərkəzi ləğv edilib. Bu barədə Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

1953-cü ildən fəaliyyət göstərən müəssisə uzun müddət istismar edildiyi üçün yararsız vəziyyətə düşmüş, maddi texniki bazası və tibbi avadanlıqları isə fiziki və mənəvi cəhətdən köhnəlmişdi. 

Bu səbəbdən mərkəzin üzərinə düşən vəzifələrin icrasında ciddi çatışmamazlıqlar yaranmışdı. Qeyd edilən nöqsanların aradan qaldırılması məqsədi ilə cari ilin yanvar ayından Tibb Mərkəzi təmirə dayandırılıb. 

Buna baxmayaraq, hazıra  mərkəzin əməkdaşlarına aylıq vəzifə maaşları ödənilir. 
Təmir işləri yekunlaşandan sonra ləğv edilmiş Mərkəzin işçi heyətinin Səhiyyə Nazirliyinin mütəxəssisləri vasitəsi ilə keçiriləcək attestasiyasının nəticələrindən asılı olaraq, GİN-nin nəzdində fəaliyyət göstərən “Milli İdman Tibb və Realibitasiya İnstitutu” MMC-də fəaliyyətlərini davam etdirməsi nəzərdə tutulur.