“Ela” adlı yeni mahnısı ilə gündəmə gələn Reynmenin (Yusuf Aktaş) “YouTube” hesabında yerləşdirdiyi klipi qalmaqala səbəb olub.
ÇıxışYolu.Com xəbər verir ki, bir çox türkiyəli məşhurlar ifaçını saxtakarlıqda günahlandırıblar.
İfaçının mahnısı “YouTube”a yükləndikdən sonra ilk 10 dəqiqədə 400 min, bir saatda isə üç milyon dəfə izlənib.
Hazırda klipin baxış sayı 22 milyonu keçib.
Müğənnilər İşın Karaca, Demet Akalın və Aleyna Tilki iddia edirlər ki, sənətçi klipin baxış sayını saxta izlənmə vasitəsilə artırıb.
Həmkarlarının iradlarını haqsız sayan Reynmen onları məhkəməyə verib. Reynmen hər üç məşhurdan bir türk lirəsi (29 qəpik) mənəvi təzminat istəyir. Məqsəd isə onları təzminatla alçaltmaqdır. Diqqət çəkən məqamlardan biri təzminatın min və milyon deyil, bir lirə təşkil etməsidir.
Qeyd edək ki, məşhur ifaçı 1995-ci ildə İstanbulda anadan olub. O, “Derdim olsun” mahnısı ilə gənclər tərəfindən ən çox dinlənilən və sevilən sənətçi seçilib.
Rəşad Əliyev