Sosial şəbəkələrdə məşhurlaşan türkiyəli ifaçı Reynmen (Yusuf Aktaş) ötən gün media nümayəndələrinə hücum edib. Səbəb isə jurnalistlərin ulduzun sevgilisi ilə məkanların birində istirahət edərkən görüntülənməsi olub.
ÇıxışYolu.Com xəbər verir ki, Reynmen, öncə “Show” TV-nin müxbiri Akif Yamanın üstünə qışqırıb, daha sonra isə “Uçankuş” TV-nin müxbirinə ağır sözlər deyərək, əlindən zorla telefonunu alıb, lentə aldığı görüntüləri isə silməyə başlayıb.
İfaçının əsəbləri bununla da sakitləşməyib. O, A.Yamana hücum edib və ona şillə vurub. Media nümayəndələri hadisə yerindən uzaqlaşaraq, Reynmendən polisə şikayət ərizəsi yazıblar.
Sənətçi törətdiyi xoşagəlməz hadisə səbəbi ilə tutularaq, polis idarəsinə gətirilib. İfadə verəndən sonra isə oradan uzaqlaşıb. Bu zaman isə “Döyməyiniz vacib idi?” sualına müğənni istehzalı gülüşlə reaksiya verib.
Rəşad Əliyev