Fransa millisinin və Almaniyanın “Bayern” klubunun sabiq futbolçusu Frank Riberi karyerasını İtaliyada davam etdirəcək.
ÇıxışYolu.Com xəbər verir ki, 36 yaşlı futbolçu “Fiorentina” ilə müqavilə bağlamaq üçün bu gün İtaliyanın Florensiya şəhərinə gəlib.
O, təyyarədən düşərək əyninə “Fiorentina”nın formasını geyinib. Onunla iki illik müqavilə bağlanılacağı və ilinə dörd milyon avro qazanacağı bildirilir.
Qeyd edək ki, vaxtı ilə “Qalatasaray”da da qısa müddət çıxış etmiş Frank Riberi 12 il “Bayern”də çıxış edib. Bu yay hollandiyalı Aryen Roben və Riberi bu klubu tərk edib. Roben artıq karyerasını iyulun 4-də başa vurduğunu açıqlayıb.
Səbuhi Musayev