ÇıxışYolu.Com – Roma Papası Sudan prezidentinin ayağını öpdü

Baxış sayı: 2. 757 dəfə baxılıb.

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransis Vatikanda qəbul etdiyi sudanlı qonaqların ayağını öpüb.

Dailymotion.com xəbər verir ki, Cənubi Sudanın prezidenti Salva Kiir Mayardit və digər dövlət təmsilçiləri  Papanı ziyarət ediblər.

82 yaşlı Papa Sudanda sülh və barışın davam etməsi üçün heyətdəki liderlərin ayağını öpüb.

Papa Cənubi Sudanda baş verən böhranın yenidən vətəndaş müharibəsinə çevrilməməsi üçün təcili hərəkətə keçməyə çağırıb.

Qeyd edək ki, Sudanda hərbi çevrilişdən sonra Ömər əl-Bəşir istefa verib və həbs olunub.
Sudanın müdafiə naziri, general-leytenant Avad Ben Auf hakimiyyətin ordunun idarəçiliyinə keçdiyini və keçid dövrünün başlanıldığını elan edib. Bununla bağlı ölkədə fövqəladə vəziyyət elan olunub.