Turinin “Yuventus”u ilə Cənubi Koreya çempionatının oyunçularından ibarət yığma komandası arasında yoldaşlıq oyunu qalmaqala səbəb olub.
ÇıxışYolu.Com-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, oyunun təşkilatçıları hücumçu Kriştiano Ronaldunun davranışına görə, İtaliya klubunu məhkəməyə vermək istəyiblər. Bu barədə “Corriere dello Sport” xəbər verir.
Nəşrin yazdığına görə, matç zamanı Ronaldu meydanda görünməli olsa da, oyuna çıxmayıb, ancaq ehtiyatda qalıb. İkinci hissənin sonunda koreyalı azarkeşlər tribunaları tərk etməyə başlayıblar. Bəzi azarkeşlər Ronaldunu fitə basıb.
Koreya Liqasının rəhbərliyi portuqaliyalının oyunda iştirak etmədiyi üçün azarkeşlərdən üzr istəməli olub. Görüşdən sonra “Yuventus”un mətbuat xidməti Ronaldunun əzələlərindəki problemlər səbəbindən matçda iştirak edə bilmədiyini bildirib.
Yoldaşlıq oyunu bərabərliklə başa çatıb – 3: 3.