ÇıxışYolu.Com – Ronaldu “vergi borcunu ödə” deyənlərə belə cavab verdi

Baxış sayı: 3. 497 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ronaldu “vergi borcunu ödə” deyənlərə belə cavab verdi

“Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Madridin “Atletiko” klubuna qarşı keçirilən matçda rəqib komandanın azarkeşlərinin replikalarına özünəməxsus şəkildə reaksiya göstərib.

Hadisənin videogörüntüsü “GOL” “Twitter” hesabında dərc olunub.

Matç İspaniyada baş tutub. “Atletiko” klubunun azarkeşlərindən biri 34 yaşlı futbolçunu vergilərini ödəməyə çağıraraq, beləcə, “Real”da çıxış etdiyi müddətdə vergidən yayınması ilə bağlı məhkəmə araşdırmasına eyham vurub.

Hələ matç zamanı Ronaldu rəqib azarkeşlərin olduğu tribunaya beş barmağını göstərib. Qarşılaşmadan sonra da jurnalistlər qarşısında həmin jesti təkrarlayıb.

“Mənim beş çempionlar liqası kubokum var, “Atletiko”nun isə sıfır”, – deyə öz əl hərəkətini şərh edib.

Qeyd edək ki, ötən gün keçirilən matçda “Yuventus” ev sahibinə 2:0 hesabı ilə məğlub olub. Cavab qarşılaşması martın 12-də İtaliyada keçiriləcək.