Portuqaliyanın “Sportinq” klubunun stadionu Kriştianu Ronaldunun adını daşıya bilər. Klub bu qərara gəlib.
“Sportinq”in prezidenti Frederik Varandaş qeyd edib ki, bu fikri uzaq gələcəyə saxlamaq istəmirlər:
“Kriştianu klubumuzun ən böyük simvollarından biri olub və olacaq. Bizim gənclər akademiyasının divarında onun liderlik, nizam-intizam haqqında sitatı əks olunub.
Kriştianu Portuqaliyanın bütün dövrlər üzrə ən yaxşı idmançısıdır”.
Qeyd edək ki, Ronaldu karyerasına “Sportinq”də başlayıb və 2003-cü ilə qədər bu klubun şərəfini qoruyub. “Sportinq”in heyətində o, Portuqaliya Superkubokunu qazanıb.