ÇıxışYolu.Com – “Rossiya 24” Bakıdakı “Formula-1”dən reportaj hazırladı

Baxış sayı: 3. 135 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Rossiya 24” Bakıdakı “Formula-1”dən reportaj hazırladı

Rusiyanın “Rossiya 24” telekanalı Bakıda keçirilmiş “Formula-1” SOCAR Azərbaycan Qran Prisindən reportaj hazırlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, verilişdə rusiyalı pilot Daniil Kvyatın finişə çatmaması qeyd olunub.

Telekanalın əməkdaşı Boris Maqsudov Daniel Rikkardo, Maks Verstapendən yarışdan öncə qısa açıqlamalar alıb. Kvyat və Luis Hamilton isə müsahibədən imtina edib.

Daha sonra reportajda Heydər Əliyev Mərkəzi, Qız Qalasından danışılıb, Bakını görmək üçün 10 minlərlə turistin gəldiyi bildirilib.

Ölkə başçısı İlham Əliyev isə telekanala müsahibəsində bu yarışı yarım milyard insanın izlədiyini və bunun Azərbaycanın turist bazasına artan sürətlə təsir göstərdiyini bildirib.

Dövlət başçısı onu da qeyd edib ki, indiyədək Azərbaycana bu yarışdan təxminən 300 milyon dollar gəlir daxil olub.

Daha sonra “Mercedes”in cari mövsümdə ardıcıl dördüncü dəfə qalib olduğu bildirilib.

Qeyd edək ki, bu il Bakıda keçirilən “Formula-1” yarışının qalibi “Mercedes”in finlandiyalı pilotu Valteri Bottas olub.

Səbuhi MUSAYEV