Xalq artisti Röya Ayxan bu aya olan sayca ikinci layihəsini pərəstişkarlarının ixtiyarına verib.
ÇıxışYolu.Com xəbər verir ki, sənətçi musiqisi Hakan Erola, sözləri isə Leyli Erola məxsus “Elə bilirdim” mahnısını ekranlaşdırıb.
Ekran işinin çəkilişləri rejissor Fərhad Əliyə həvalə olunub. Klip Bakının müxtəlif məkanlarında lentə alınıb. Dəbdəbəli və qlamur obrazda kamera önünə keçən Röya yenə fərqli imici və tərzi ilə göz qamaşdırıb.
Qeyd edək ki, Xalq artisti Röya Ayxan “Elə bilirdim”i rəsmi “Youtube” hesabında yayımlayıb.
Mahnını “Apple Music”, “Spotify”, “Deezer”, “Mood” kimi musiqi yükləmə platformalarında da dinləmək mümkündür.
Rəşad Əliyev