ÇıxışYolu.Com - Roza Zərgərli: İlhamə Quliyeva diktator idi, məni ona oxşadırlar

ÇıxışYolu.Com – Roza Zərgərli: İlhamə Quliyeva diktator idi, məni ona oxşadırlar

Baxış sayı: 3. 221 dəfə baxılıb.

ÇıxışYolu.Com - Roza Zərgərli: İlhamə Quliyeva diktator idi, məni ona oxşadırlar

Populyar müğənni Roza Zərgərlinin ÇıxışYolu.Com-ya müsahibəsi:

– Roza xanım, ATV kanalında Bakı vaxtı ilə proqramının aparıcısısınız. Verlişinizə qocaman sənətkarlarla yanaşı, gənc müğənniləri də qonaq çağırırsınız. Şou biznesdə bu iki nəslin nümayəndələri arasında tez-tez qalmaqallar baş verir. Bu tarazlığı necə qoruyub saxlayırsınız ?

–  Əgər kiçik nəsil, böyük nəslə cavab verirsə, artıq ikiüzlülük edir, maskalanır. Tədbirdə üzə gülür, kamera işə düşən kimi, başlayır hegemonluq etməyə. Mən bütün bunların əleyhinəyəm.

Mənim dəstəklədiyim gənc nəslin özündən yaşda və sənətdə böyük insana qarşı nəsə xoşagəlməz ifadə işlətmək ixtiyarı yoxdur. Digərlərinə cavabdeh deyiləm. Hərə öz evində aldığı tərbiyəni nümayiş elətdirir. 

– Mərhum Xalq artisti İlhamə Quliyevaya şou biznesin hegemonu deyirdilər. Deyilənə görə, onun taxt-tacına namizədlərdən biri də Rozadır. Roza İlhamə xanım olmaq istəyir ?

– İlhamə xanım hegemon deyildi, o, diktator idi. O diktə etməyi çox sevirdi. Taxtını da, tacını da özü ilə aparıb. Heç kim də onun taxt-tacına göz dikə bilməz. Kimsə onun yerində oturmaq istəsə də bacarmaz. Məcazi mənada söyləyirlər ki, yeri boş qalıb.

İlhamə xanımın yerini heç kim doldura bilməz. Eləcə də, sənətinə vurğun olduğum Flora Kərimovanın.

İlhamə xanım bir çox adamlara əl öpdürüb. Nə olsun ki, həmin insanlar onunla illərlə televiziyalarda davalar ediblər… Fakt odur ki, onun əlindən öpüblər.

İllər öncə bir tədbir keçirilirdi. Mükafatlandırma gecəsi idi. Adətən biz bilirik ki, bütün bu kimi gecələrdə mükafatlar pulla satılır. Məni isə dost kimi çağırdılar. Çünki bilirdilər ki, mən pulla mükafata sahib olan müğənnilərdən deyiləm.

Təşkilatçılardan biri söylədi ki, İlhamə Quliyeva da həmin gecədə iştirak edəcək. Mükafat alandan sonra onun əlindən öpməlisən. Mən isə onlara cavab olaraq bildirdim ki, həyatda iki adamın əlindən öpərəm. Biri anamın, biri də qayınanamın. Elə ona da bu dediyimi çatdırın. Mən bu tədbirə gəlməyəcəyəm. Bunu bilən rəhmətlik üç il məni dindirmədi. Bütün tədbirlərdən məni uzaqlaşdırırdı. Amma kanalların birində yeni il çəkilişində üz-üzə gəldik.

Məni görər-görməz haqqımda gözləmədiyim fikirlər səsləndirdi. Mahnımı isə mənimlə bərabər oxudu. Sonra bunları dilə gətirdi: “Mən bunu heç bir yerdə söyləməmişəm və heç bir zaman boynuma almamışam. Sən mənim cavanlığımsan. Artıq bunu qəbul etdim”.

Bir çox sənətçilər məni İlhamə xanıma bənzədir. Bəlkə də açıq və iti dilli olduğumuzdan bizi bu qədər bir-birimizə oxşadırlar. Amma şəxsən mən ona oxşadığımı düşünmürəm.

– Əməkdar artist Elza Seyidcahan sizin bu taxta olan namizədliyinizə qarşı çıxaraq, sərt təpki nümayiş etdirib. Dost dediyiniz Seyidcahanın bu açıqlamalarını eşidəndə necə reaksiya verdiniz?

– Elza ilə dost olmuşuq, belə dəsək daha düzgün olar. Mən heç bir zaman ona qarşı hörmətsizlik etməmişəm. Hər zaman onun hörmətini saxlamışam. Onun mənim haqqımda söylədiyi üç cümlə qəlbimi qırdı. Elzanın ən pis anlarında yanında olmuşam. Özünə dost bildiyi Rəşad isə onu ölkədən kənarda keçirilən tədbirdə tək qoyub. 3-4 ay idi ki, tanış idik, buradan Türkiyəyə yardımına getmişəm. Heç bir zaman da dilimə almamışam ona etdiyim yaxşılıqları.

Etdiklərimin də əvəzini istəməmişəm. Elzanın mənə “Getsin öz yerində otursun. Fiqurası ilə məşğul olsun” deməsinə cavabım isə budur: Mən öz yerimi bilirəm. Elə ona görə də mən Rozayam.

Elza özu İlhamə xanımın yerinə göz dikib. Belə olmasaydı taxt-tac mövzusu onu bu qədər qıcıqlandırmazdı. Mən Elzanın başına qoyduğu fontanlarından qoysam da, Elza ola bilmərəm. O yalnız Elzaya məxsusdur və onun səhnə obrazıdır.

– Bir müddət öncə həmkarınız Afət Fərmanqızı ilə qalmaqalınız oldu. Hətta məsələ məhkəməyə qədər uzandı. Söz-söhbətin axırı nə ilə bitdi?

– Mənim rolum kimisə yerində otuzdurmaq deyil. Mənim rolum doğrunu söyləməkdir. İnsanlar da hər şeyi çox gözəl görür. Sabahı gün hamı bir ağızdan söylədi ki, Roza ilə Afət məhkəmədə görüşəcək. Bu isə yalan informasiya idi. Ümümiyyətlə bu məsələ belə olmayıb.

Səhər saat 5 radələri olardı, Afətlə telefonda danışmışıq. O mənimlə razılaşıb, onun da söylədiyi bəzi məqamlarla mən razılaşmışam. Amma Afət səhər saat 9-da oyanıb mənə söylədi ki, heç kimdən üzr istəməyəcək. Mən isə kiminsə sözu ilə oturub duran insanları qəbul etmirəm.

Vaxt olub, İlhamə Quliyeva mənə demədiyini buraxmayıb. Aktyor Sərxan Kərəmoğlunun filmində rol aldım, İlhamə xanım məni filmdən çıxartmağa nail oldu. Bütün yaşadıqlarıma isə arqumentim “Bu bir tarixdir. Sən gör necə dahi sənətkarlarla bir filmdə rol almısan” idi.

– Xalq artisti Aygün Kazımova ilə aranızda böyük qalmaqal yaşandı. Hazırda aranızda şimal, yoxsa cənub küləkləri əsir?

– Aygün Kazımova ilə qalmaqalım oldu, amma bu Aygünün öz fikri deyildi. Ətrafındakı “şpantrellalar” onu qızışdırıb, salmışdı üstümə. O mənim ünvanıma xoşagəlməz sözlər işlətsə də, mən məsələnin dərinliyinə varmadım. Çünki Aygünün yeganə qızı İlqarənin xətrini çox istəyirəm.

Hətta Aygünlə küsülü vaxtlarımızda da mən İlqarə ilə danışdırdım. Ayaq yeri saxladım. Çünki bilirdim ki, Aygünlə barışacağam. Bizim barışığımız mənim “Maşın” realiti şouda olduğum zamanlara təsadüf etdi. Kazımovadan soruşanda ki, maşını kim udacaq, o mənim adımı çəkdi.

Bundan sonra mən onun səmimiyyətinə inandım və barışıq oldu. Amma şou biznesdə elə insanlar var ki, onlarla ömür boyu barışmaram. Bir cüt və dörd tək (gülür).

Sənətdə elə adamlar da var ki, mən onlarla heç vaxt düşmən olmaram. Onlardan biri prodüser Tarix Əliyevdir (Tolik). Onunla min dəfə dalaşıb, min dəfə barışıram. Xasiyyətinə bələd olduğum üçün ona reaksiya vermirəm. Tolik özü də bilir ki, mənimlə heç zaman qanlı düşmən ola bilməz. Onunla dalaşanda həyat yoldaşım irad tutur ki, nə oldu, bəs deyirdin Tolik sənin dostundur, amma sənə xoş olmayan sözlər deyir. Mən isə cavab olaraq ona söyləyirəm ki, hər evdə ərkəsöyün, şapalaqlanan balaca uşaq olur. O da həmin uşaqlardandır.

– Son günlər bir sıra sənətçilərin başı qalmaqallardan açılmır. Onlar barəsində həm sosial şəbəkələrdə, həm də sosial yönümlü televiziya proqramlarında nalayiq ittihamlar səslənir. Yaşanan olaylarla bağlı hansı mövqedəsiniz?

– Şou aləmindəkilər ağciyərdilər. Gözləyirəm, bu sözümdən sonra çıxıb, kimsə mənə söz desin. Görüm nəsə deyə biləcəklər? Həqiqətən ağciyərdilər. Damlanın pornosu yayıldı. Damla idi o? Gəl sübut et ki, videoda olan xanım Damlanın özüdür. Damla bir qadındır, bir bacıdır, bir övladdır, bir anadır, bir həyat yoldaşıdır. Bu videonu yayaraq nə əldə etdiniz ki? Nəyə nail oldunuz?

Mənə oxşayan min dənə qız var. İnboksuma min dənə sms gəlir ki, hansına qıza oxşadıb, deyirlər o sənsən. Bu videodaki qız da bir az Damlaya oxşayır. Hə, nə olsun ki ? Onu anasından yaxşı tanımırsınız ki? Damla ağıllı qızdır.

Düzdür, son vaxtlar bəzi hərəkətləri ilə qıcıq yaradır. Avtomobil tərəfindən vurulan pişiyi ilə bağlı paylaşım etdi. Həmin pişiyi göz yaşları içərisində övladı kimi qucağına basmışdı. Amma köməkçisinin kadr arxası hərəkəti heç də yaxşı olmadı. Damlanı “urvat”dan saldı. 

Ayselə gəldikdə isə, bir kişini boşatdırıb, ona ərə gedirsən, xoşbəxt ola bilərsən? Öz millətindən olan xanımı, lap elə “axırıncı” xanım olsun, reytinq naminə, pul naminə, kiminsə sifarişi naminə tapdalayan insana bilmirəm nə ad verim. Kişi həyat yoldaşından boşanıb. Boşanmış kişiyə ərə getmək olmaz? Bu nə fikirdir? Boşandısa hər şey bitdi, həyatın sonudur? Aysel özündən üç yaş balaca universitet tələbəsi ilə görüşməli idi? Küçədə dilənən adamla görüşəsi deyildi ki… Qəlbi sevib, xoşu gəlib, ona qarşı olan jestini və hərəkəti görüb… Yenə deyirəm, bu Ayselin şəxsi işidir. O ki qaldı kişiyə, yaxşı kişi boşanmaz.

– Özünüzü Cenifer Lopezə bənzədirsiz kimi söz-söhbətlər gəzir, dolaşır. Hətta buna görə əməliyyat etdirdiyiniz deyilir. Bu şaiyədir, yoxsa həqiqət ?

– Siz mənim 15 il bundan öncə olan kadrlarıma baxın. Baxan kimi dərhal hər şeyi biləcəksiniz. Bədənimdə liposaksiya əməliyyatı keçirmişəm. O da ona görə ki, ayağımda problem var. Omba sümüyünün çıxığı var. Gələn il əməliyyat yolu ilə endoprotez qoyduracağam. Bu səbəbdən mən ölçülərimi də balacalaşdırmalıyam. Haqqımda bütün danışılanlar isə boş şeylərdir.

Rəşad Əliyev