Rusiya Dövlət Nəzarət Komitəsi “Google”un bu ölkədəki nümayəndəliyini cərimələyib.
“RİA Novosti” xəbər verir ki, buna səbəb şirkətin Rusiya ərazisində qadağan olunmuş informasiyaları silməməsi olub.
“Google” 700 min rubl (18.900 AZN – red.) cərimə ödəyəcək.
Qeyd edək ki, bu, şirkətin “İnformasiya haqqında qanun”u ilk pozması deyil.
Daha əvvəl də “Google” Rusiyada 500 min rubl məbləğində cərimələnmişdi.