Gənc və istedadlı aktyor Anar Xəlilov məşhur rusiyalı həmkarları ilə birlikdə seriala çəkilib.
ÇıxışYolu.Com xəbər verir ki, dekabrın 1-dən Rusiyanın telekanallarının birində azərbaycanlı aktyor Anar Xəlilovun iştirakı ilə “Məxməri mövsüm” serialının premyerası olub.
Serialda insanların real həyatda qarşılaşdığı sevgi, münasibətlər və acı xəyanətdən bəhs edilir. Anar sözügedən ekran əsərində əsas qəhrəmanlardan birini canlandırıb.
Ekran əsərinin rejissoru Leonid Plyaskindir. Baş rollarda Rusiyanın məşhur aktyorları Olqa Spirkina, Sergey Aktasov, Janna Epple, Valeri Novikov, Stanislav Bondarenko, Sergey Tessler, və Anar Xəlilov çəkilib.
Anar Xəlilov “Şukin Teatr İnstitutu”nun məzunu, Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın tələbəsidir. Anar azərbaycanlı rejissor İlqar Safatın “İçəri şəhər” filmində rol alıb. Xəlilov aktyorluqdan savayı model kimi də fəaliyyət göstərir.
Rəşad Əliyev