Rusiyanın NTV kanalında yayımlanan “DNK” proqramında qalmaqallı və dava dolu anlar yaşanıb.
ÇıxışYolu.Com xəbər verir ki, verilişdə “Sinif yoldaşından dünyaya uşaq gətirib” mövzusu ətrafında müzakirə aparılıb.
Belə ki, məktəbdə sevgi romanı bir oğlan uşağının dünyaya gəlməsi ilə başa çatıb. Sinif yoldaşları həyatlarının ən çətin imtahanından – DNT testindən keçiblər. Oğlanın anası qarışıq münasibətlərdə günahlandırılır, hətta qardaşı sinif yoldaşının ata ola bilməyəcəyinə əmindir. Lakin qadının şərəf və ləyaqətinin müdafiəsinə qalxan biri var.
Efirə qatılan sözügedən hadisənin əsas qəhrəmanları emosiyalarına hakim kəsilə bilməyiblər. Tərəflər canlı yayımda əlbəyaxa davaya çıxıblar.
Bir-birinin saçından tutub təpikləyən qadınları ayırmaq üçün köməyə kanalın mühafizə xidməti gəlib. Onlar tərəfləri ayırmağa çalışsalar da, davaya hər iki ailənin üzvləri qarışıb. Bundan sonra dava daha da qızışıb.
Sosial şəbəkədə yayılan həmin anlar izləyicilər tərəfindən heyrətlə qarşılanıb.
Qeyd edək ki, sözügedən telelayihə qalmaqallı və qaranlıq məsələlərin üzərinə işıq salmaq üçün pulsuz bir genetik identifikasiya testi aparmaq imkanı verir. Müstəqil ekspertiza sayəsində layihə qrupuna müraciət edən vətəndaşlar aliment almaq, qohumları ilə yenidən görüşmək, qanuni miras almaq hüquqlarını elan etmək və ya mənşəyi haqqında daha çox məlumat əldə etmək üçün uşaqlar və ehtimal olunan bioloji atalar arasındakı əlaqələri təsdiqləyə bilərlər.
Bu, ağır sosial telelayihənin aparıcısı isə Aleksander Koltovodur.
Rəşad Əliyev