Rusiyanın Tümen vilayətində aparılan anti-terror əməliyyatı zamanı İŞİD terror təşkilatının iki tərəfdarı məhv edilib.
Rusiya Milli Anti-Terror Komitəsinə məlumatına görə, fərdi yaşayış evində gizlənmiş terrorçular hakimyyət nümayəndələrinin “ təslim ol!”” əmrinə tabe olmayaraq qanun keşikçilərinə atəş açıblar.
Atışma nəticəsində hər iki terrorçu məhv edilib.
Onların terror aktı törətmək niyyətində olduqları bildirilir.
Dinc sakinlərin və polisin zərər görmədiyi bildirilir.