Rusiyada avqustun 6-da dörd Azərbaycan vətəndaşı saxlanılıb.
Onlar Sankt-Peterburq və Leninqrad vilayəti ərazilərində mağazalardan silsilə oğurluq etməkdə şübhəli bilinirlər.
Azərbaycanlılar avqustun 5-dən 6-na keçən gecə iki müxtəlif mağazadan bir neçə min rubl dəyərində siqaret və tənbəki, eləcə də ümumi qiyməti 1 milyon rubl olan mobil telefonlar oğurlayıblar.
Saxlanılan həmyerlilərimizdən ən böyüyünün 37, ən kiçiyinin isə 29 yaşı var. Onlardan biri daha əvvəl quldurluğa görə Rusiyada həbs edilib.
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.