ÇıxışYolu.Com - Rusiyada azərbaycanlıya hökm oxundu

ÇıxışYolu.Com – Rusiyada azərbaycanlıya hökm oxundu

Baxış sayı: 2. 133 dəfə baxılıb.

ÇıxışYolu.Com - Rusiyada azərbaycanlıya hökm oxundu

Xabarovskda Azərbaycan vətəndaşına saxta spirtli içki satdığına görə hökm oxunub.

ÇıxışYolu.Com xəbər verir ki, 42 yaşlı şəxs 2018-ci ilin oktyabrından 2019-cu ilin martına qədər qanunsuz ticarətlə məşğul olub. Onun iş sxemi isə son dərəcə sadə olub. 

“Təqsirləndirilən şəxs Xabarovskun Qarajnaya və Zelenaya küçələri ərazisində tanımadığı şəxslərdən aksiz markası olmayan araq və konyak alıb. Alkoqollu içkiləri tanışının qarajında ​​saxlayan şəxs onları altı ay ərzində Ladojk və Pavloviç küçələrində icarəyə götürdüyü pərakəndə köşklərə aparıb. Kişi bu mağazalar vasitəsilə mallarını satıb”, – deyə rayon prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Axtarış zamanı əcnəbi vətəndaşdan ümumilikdə 323 min 360 rubl (8 min manatdan çox – red.) dəyərində 500 şüşə spirt ələ keçirilib. Məhkəmə təqsirləndirilən şəxsin günahını təsdiqləyib. Təqsirkara məhkəmə tərəfindən 250 min rubl (6 min manatdan çox – red.) cərimə cəzası tətbiq olunub.