İnquşetiyanın Xalq Şurasının deputatı, “Vahid Rusiya” fraksiyasının üzvü evlənmək məqsədi ilə qız qaçırıb.
Bu barədə “İnterfax” məlumat yayıb.
Qaçırılan qızın Malqobek Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi olduğu bildirilir.
Qeyd olunur ki, yaranmış vəziyyəti Respublikanın ağsaqqalları nizamlayıblar.
Onlar qərar veriblər ki, mayın 2-də toy olsun
Bundan əlavə deputat mərkəzi məscidə 200 min rubl (təxminən 5 min manat) ödəyəcək. Ona kömək edən şəxslər isə hər biri 100 min rubl (təxminən 2500 manat) ödəməli olacaqlar.