ÇıxışYolu.Com – Rusiyada keçmiş xüsusi təyinatlını qətlə yetirən erməni saxlanılıb

Baxış sayı: 4. 513 dəfə baxılıb.

ÇıxışYolu.Com - Rusiyada keçmiş xüsusi təyinatlını qətlə yetirən erməni saxlanılıb

 Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) keçmiş xüsusi təyinatlısı Nikita Belyankini qətlə yetirməkdə ittiham edilənlərdən biri, 41 yaşlı Sergey Xocayan həbs edilib. Qeyd edilir ki, Moskva vilayəti Krasnoqorsk şəhər Məhkəməsi onun barəsində iki aylıq həbs qəti imkan tədbiri seçib.

RİA Novosti isə Sergey Xocayanın cinayət əməlini etiraf etmədiyini yazıb. Daha öncə cinayət əməlində şübhəli bilinən başqa bir erməninin – barmen Narek Stepanyanın saxlanılması barədə məlumat yayılmışdı.

Xəbər verdiyimiz kimi, Rusiya  Baş Kəşfiyyat İdarəsinin keşmiş yefreytoru Nikita Belyankin Moskva ətrafı Putilkovo qəsəbəsində onlarla qafqazlı tərəfindən döyülərək öldürülb.

Məlumata görə, iyunun 1-də, saat 23:30 radələrində Belyankin sevgilisi ilə barın qarşısından keçərkən onlarla qafqazlının iki kişini döydüyünü görüb. Döyülənləri müdafiə etmək üçün ortaya atılan yefreytor ürəyindən bıçaqlanıb. O hadisə yerində keçinib.

Belyankini öldürən şəxsin Ermənistan vətəndaşı Qriqor Ohanyan olduğu müəyyənləşdirilib.