Gecə saatlarında Bakıda 2 avtomobil toqquşub.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə Nəsimi rayonunda, Azadlıq prospekti ilə Mirqasımov küçəsinin kəsişməsində qeydə alınıb.
Məlumata görə, Seymur Seyfullayev idarə etdiyi “BMW” markalı minik avtomobili ilə prospektlə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil Mircəlal Hüseynovun idarə etdiyi Rusiya Federasına məxsus qeydiyyat nişanlı “Mercedes” markalı minik maşınına çırpılıb, sonuncu isə öz növbəsində yol kənarındakı işıq dirəyinə çırpılıb.
Zərbənin təsirindən işıq dirəyi aşıb, hər iki avtomobil isə deformasiyaya uğrayıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli, Elşad Mətləboğlu