Moskvadan gələn 19 yaşlı Teymur Əkbərovun özünü Rusiyanın Xalq artisti Nikolay Tsiskaridzenin nikahdan kənar oğlu olduğunu deməsi ona baha başa gəlib. O, Moskva küçələrinin birində döyülüb.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda Teymur şəxsi “Instaqram” hesabında məlumat verib.
“Siz hər şeyə görə cavab verəcəksiniz.Tibbi ekspertizadan keçəcəyəm və ərizə yazacağam. Mən sizə nə pislik etmişəm? İşiniz-gücünüz yoxdur? Mən sizə mane oluram? Mən kimisə təhqir etmişəm? Bioloji atamı tanımağım günahdır?”, – deyə Əkbərov yazıb.
Lakin Tsiskaridzenin nikahdan kənar oğlunun döyülməsi faktına izləyicilərin əksəriyyəti inanmayıb. Onlar şərhlərdə Teymurun qrimdən istifadə edərək, özünü bu hala saldığını yazıblar.
Yazılanlara cavab olaraq, Teymur sosial şəbəkə hesabında ona gələn hədə və təhqir dolu mesajların şəkillərini paylaşaraq bu sözləri qeyd edib:
“Mən artıq bilmirəm nə edim, artıq hər şeydən bezmişəm”.
Teymur şərhini bu sözlərlə bitirib: “Nikolay, oğlun küçədə döyüləndə sənə xoş olur?”.
Qeyd edək ki, gənc azərbaycanlı aktyor ulduz atası ilə görüşmək istəyir və məşhur balet ustası ilə qohumluğunu təsdiqləmək üçün DNT testindən keçməyə hazırdır.
Məşhur balet artisti Nikolay Tsiskaridze isə 45 yaşına qədər qeyri-qanuni övlad sahibi olduğunu təsəvvürünə belə gətirməyib. Telefon əlaqəsi zamanı onun köməkçisi söylənilən fikirlərə gülüşlə reaksiya verib. Balet ulduzu isə danışmaqdan imtina edib.
Rəşad Əliyev