AFFA İntizam Komitəsi Premyer Liqanın XVII turu ilə bağlı sanksiyasını açıqlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, “Səbail” – “Sabah” matçı meydan sahibi klubun səhlənkarlığı səbəbindən birinci hissə üç, ikinci hissə doqquz dəqiqə gec başlayıb.
Bununla bağlı Hakimlər Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub. Bunu nəzərə alaraq İntizam Komitəsi 23№li Protokola aşağıdaki qərarı əlavə edib:
Matçın başlama saatını təyin olunduğu vaxtdan və fasilədən sonra gecikdirdiyinə görə “Səbail” klubu 2400 manat cərimə olunur.
Qeyd edək ki, “Bayıl Arena”da keçirilən həmin görüş “Səbail”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.