ÇıxışYolu.Com - Şəhid hərbçimiz medalla təltif edildi

ÇıxışYolu.Com – Şəhid hərbçimiz medalla təltif edildi

Baxış sayı: 2. 302 dəfə baxılıb.

ÇıxışYolu.Com - Şəhid hərbçimiz medalla təltif edildi

Martın 10-da şəhid olmuş Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının kiçik çavuşu Məmmədov Səxavət Füzuli oğlu ölümündən sonra medalla təltif edilib. 

Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

Dövlət Sərhəd Xidməti rəisi general-polkovnik Elçin Quliyev şəhid hərbçimizi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edib. 

Martın 21-də DSX Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin ideoloji mərkəzində keçirilən tədbirdə medal şəhid sərhədçinin atasına təqdim olunub.