Şəmkir rayonunun Bayramlı kəndində silahlı insident baş verib.
ÇıxışYolu.Com-ın Qərb bürosunun verdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Kəramət Şükür oğlu Məmmədli evində odlu silahdan açılan atəş nəticəsində öldürülüb.
Hazırda qətlin təfərrüatları araşdırılır.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb.
Nazir Quliyev