Səhiyyə Nazirliyi Şəmkirdə baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən ÇıxışYolu.Com-a bildirilib ki, qəza zamanı üç nəfər dünyasını dəyişib.
“Yeddi nəfər xəstəxanaya müraciət edib. Onlardan biri ağır, altısının vəziyyəti isə orta-ağır qiymətləndirilir. Hazırda xəstələrə tibbi yardım göstərilir”, – məlumatda qeyd olunur.
ÇıxışYolu.Com yaralıların bəzilərinin adlarını əldə edib:
Bunlar 1949-cu iil təvəllüdlü Gülməmmədova Şücaət, 2016-cı il təvəllüdlü Gülməmmədov Ayxan, 1966-cı il təvəllüdlü Gülməmmədov Vidadi, 1986-cı il təvəllüdlü mikroavtobus sürücüsü Həşimov Sərmayıldır.
16:42
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə rayonun Qaracəmilli kəndi ərazisində baş verib.
“Mercedes Sprinter” markalı sərnişin mikroavtobusunun aşması nəticəsində üç nəfər ölüb, 10 nəfər yaralanıb.
Nazir Quliyev