ÇıxışYolu.Com - Sərhədçilər İrandan gələn narkotik qaçaqmalçılarına atəş açdı

ÇıxışYolu.Com – Sərhədçilər İrandan gələn narkotik qaçaqmalçılarına atəş açdı

Baxış sayı: 3. 404 dəfə baxılıb.

ÇıxışYolu.Com - Sərhədçilər İrandan gələn narkotik qaçaqmalçılarına atəş açdı

Dövlət Sərhəd Xidməti 17 kq 285 qram narkotik vasitənin və 3000 ədəd psixotrop preparatların dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alıb. 

Bununla bağlı Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, fevralın 26-da İrandan Azərbaycana doğru hərəkət edən iki nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. 

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar. Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, iki ədəd sarı və ağ rəngdə torbalarda 4 kq 75 qr “heroin” və 4 kq 290 qr “marixuana” aşkar olunaraq götürülüb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən əraziyə baxış keçirilərkən iki ədəd sahibsiz halda bağlama aşkarlanıb. Bağlamalara baxış zamanı 7 kq 900 qr “tiryək”, 1 kq 20 qr “heroin”, 3000 həb “metadon-40” psixotrop preparatlar və 2 qutu tütün məmulatları aşkarlanıb.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.