ABŞ-da Milli Hokkey Liqası (NHL) çərçivəsində “Kolambus Blu Cekets” – “Tampa Bey Laytninqz” komandalarının qarşılaşmasında oyunu yerli telekanalda canlı şərh edən Pol Makquayr son anda ağır beyin travmasından qurtulub.
“Vesti.ru”nun məlumatına görə, hokkeyçilərdən birinin ötürdüyü şayba yüksək sürətlə ona tərəf hərəkət edib.
Şərhçinin çevik reaksiyası sayəsində şayba onun başından bir neçə santimetr yan keçib.
Makquayr ağır xəsarətdən canını qurtarsa da, operatorun kamerasına ciddi ziyan dəyib.