İranın Şərqi Azərbaycan əyalətində bu gün 4,4 bal güçündə zəlzələ baş verib.
Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Sərab rayonu ərazisində, yerli vaxla 04:08-də başlayıb.
Xəsarət alanlarla bağlı məlumat yoxdur.
Xatırladaq ki, noyabrın 8-də Şərqi Azərbaycanda 5.9 bal gücündə baş verən zəlzələ nəticəsində 700 nəfər zərər çəkib.
Zəlzələ Azərbaycanın sərhəd rayonlarında – Astara, Lənkəran, Lerik, Yardımlı və Masallıda da hiss edilib.
Noyabrın 10-da isə Şərqi Azərbaycan əyalətindəki Miyanə kəndinə bağlı Türkmənçay bölgəsində 4,8 bal gücündə zəlzələ olub.
Zəlzələ yerli vaxtla saat 05:43-də yerin səkkiz kilometr dərinliyində baş verib.