Lənkəranda 28 yaşlı piyadanı maşın vurub.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının Lənkəran rayonunu Bürcəli kəndindən keçən hissəsində baş verib.
Bürcəli kənd sakini 28 yaşlı Fariz Naib oğlu Qubadov yolu keçmək istəyərkən “VAZ 2107” markalı avtomobil onu vurub. Sürücü Hirkan qəsəbə sakini 28 yaşıl Əziz Əzizov yaralını dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Onun sözlərinə görə piyada sərxoş vəziyyətdə olub və qəfildən yola çıxıb.
Yaralı Fariz Qubadov reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.