Çita şəhərində Rusiya Qvardiyasının əməkdaşlarının xidməti avtomobilini çevirən 11 nəfər saxlanılıb. Onların hamısının içkili olduğu bildirilir.
Bu barədə Çita.ru Rusiya Qvardiyasının Mətbuat Xidmətinə istinadla xəbər verib.
Müşahidə kamerası ilə qeydə alınan hadisə agentliyin “YouTube“” kanalında yayımlanıb.
Mənbədən bildirilib ki, Rusiya Qvardiyasının əməkdaşları müştərilərin asayişi pozması ilə bağlı çağırışa gediblər. Əməkdaşlar binaya girərək, baş verənlərin səbəbini araşdırmağa başlayıblar. Bu vaxt onların bir hissəsi küçəyə çıxaraq, Qvardiyanın əməkdaşlarına məxsus xidməti avtomobili çevirilbər.
İctimai asayişi pozanlar saxlanılaraq, polis idarəsinə aparılıb. Avtomobilə ciddi zərər dəydiyi bildirilir.