Avqustun 27-dən etibarən “S-400” hava hücumundan müdafiə sistemlərinin ikinci partiyasının Türkiyəyə gətirilməsinə başlanılacaq.
“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
Onun sözlərinə görə, Türkiyə “S-400” zenit-raket kompleksi almaqla ölkəni hava hücumlarından qorumaq məqsədi güdür.
Qeyd edək ki, iyun ayının 14-dən etibarən “S-400” komplekslərinin Türkiyəyə tədarükünə başlanılıb.