Prezident Vladimir Zelenski Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytardıqdan sonra Saakaşvili Ukraynaya qayıdıb.
Bu axşam Mixail Saakaşvili Kiyevin Borispol hava limanında izdihamla qarşılanıb. Onun görüşünə Gürcüstan və Ukrayna bayraqları tutmuş yüzlərlə insan, onlarla jurnalist gəlib. Saakaşvilinin şərəfinə musiqi səslənib, toplananlar bir neçə dəfə Ukrayna himnini oxuyublar.
Hava limanında çıxış edən Saakaşvili bildirib ki, mehriban ukraynalılarla, yeni prezident, yeni komanda ilə birgə yeni Ukraynanın qurulmasında iştirak etmək istəyir.