ÇıxışYolu.Com - Saatlıda əkin sahələri susuz qalıb

ÇıxışYolu.Com – Saatlıda əkin sahələri susuz qalıb

Baxış sayı: 2. 757 dəfə baxılıb.

Saatlı rayonun orta Muğanlı kəndində sakinlər su problemindən əziyyət çəkirlər.

ÇıxışYolu.Com-a daxil olan məlumata görə, beş min sakini olan kənd əkin sahələrini suvarmaq üçün su tapa bilmir.

Kənd sakinləri əkin sahələrindən əldə etdikləri gəlir vasitəsilə dolanışıqlarını təmin etməyə çalışırlar. Su olmadığı üçün isə ağaclar məhv olur. Əhalinin vəziyyəti ağırdır, kənd təsərrüfatı ilə məşğul olmaq üçün belə şərait yaratmırlar.

Məsələ ilə əlaqədar ÇıxışYolu.Com-a danışan “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, hazırda suvarma sistemində heç bir problem yoxdur:

“Sadəcə olaraq, Araz çayında su azalanda və əkin sahələrinin suvarma təminatı artıqda istər-istəməz kənddə müəyyən su problemləri yaşanır. Bu da bizim qurumla deyil, suyun səviyyəsinin artıb-azalması ilə bağlı olan məsələdir.

Məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyinə və Nazirlər Kabinetinə təklif layihələri hazırlanıb. Təklifdə həmin ərazilər üçün Kür-Muğan kanalının tikintisinin həyata keçirilməsi nəzərdə tutulub. 

Saatlı rayonun məhz Orta Muğanlı kəndində əkin sahələrinin suvarma sistemi təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər də nəzərdə tutulub. Qeyd etdiyimiz məsələ isə xüsusilə yay fəslində, suvarma dövründə özünü daha çox büruzə verir”.

ÇıxışYolu.Com - Saatlıda əkin sahələri susuz qalıb

Könül Cəfərli