ÇıxışYolu.Com - Saatlıda ev yanıb

ÇıxışYolu.Com – Saatlıda ev yanıb

Baxış sayı: 2. 757 dəfə baxılıb.

ÇıxışYolu.Com - Saatlıda ev yanıb

Saatlıda fərdi yaşayış evi yanıb.

ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bəylik kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Tofiq Ələsgərova məxsus bir mərtəbəli fərdi yaşayış evində başlayan alov anidən güclənib. Yanğın evin tavan hissəsinə yayılıb. 

Hadisə yerinə Saatlı rayon yanğından mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və alovun digər tikililərə keçməsinin qarşısı alınıb. 

Ümumi sahəsi 150 kvadratmetr olan evin 20 kvadratmetri yanaraq yararsız hala düşüb. Hadisənin elektrik avadanlığında baş verən nasazlıqdan qaynaqladığı bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev