ÇıxışYolu.Com - Şabran məktəbliləri də yeni trendə qoşuldular

ÇıxışYolu.Com – Şabran məktəbliləri də yeni trendə qoşuldular

Baxış sayı: 3. 361 dəfə baxılıb.

Təbiəti qorumaq və onun çirkləndirilməsinə qarşı mübarizə aparmaq hər bir insanın mənəvi borcudur. İnsanı təbiət yaradıb və öz təbii sərvətlərini səxavətlə onun istifadəsinə verib.

Dünyada yayılan məşhur təmizlik həştəqi olan #Trashtag trendinə  Göyçay şəhərindən sonra, Şabran şəhərinin sakinləri də qoşulublar. Rayonun Ağbaş kəndinin müəlliməsi və 11-ci sinif şagirdləri aksiyada iştirak ediblər. Bunun üçün onlar dağlıq ərazilərə üz tutublar.
Onlar öncə tullantılar atılan bir ərazini seçib, məkanın görüntüsünü çəkiblər. Təmizlik işləri bitdikdən sonra yenidən şəkillər paylaşaraq işlərinin nəticəsini göstəriblər.

Aksiya təşəbbüskarı Şamilova Gülayənin sözlərinə görə, təmizlik  aksiyasının təşkilində məqsəd  insanların bilərəkdən və ya bilməyərəkdən təbiəti çirkləndirməsinin qarşısını almaq, maarifləndirməkdir.

“Düşündük və qərar verdik ki, Şabran rayonunda zibillənmiş bir ərazini təmizləyək və aksiyaya qoşularaq bu həştəqə dəstək olaq. Biz də həmin aksiyanın təşkilində iştirak etdiyimiz üçün çox sevinirik”.

Digər məktəbli Ayşən  bütün bölgələrin məktəblilərini bu aksiyaya qoşularaq, təbiəti qorumağa dəvət edib.

ÇıxışYolu.Com - Şabran məktəbliləri də yeni trendə qoşuldular

Nazir Quliyev