Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən iki yol qəzası hadisəsi baş verib.
ÇıxışYolu.Com xəbər verir ki. hadisələrdən biri Maştağa qəsəbəsində qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Miryaqubova Lamiyə Ağazeynal qızını vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona burunun sınığı diaqnozu qoyulub.
Digər hadisə isə Balaxanı qəsəbəsində baş verib. Yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Məmmədov Elşad Həmid oğlunu “Mercedes” markalı avtomobil vurub.
Yaralı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
Hər iki faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli, Elşad Mətləboğlu