ÇıxışYolu.Com - Sabunçu stansiyası bu tarixdə açılacaq

ÇıxışYolu.Com – Sabunçu stansiyası bu tarixdə açılacaq

Baxış sayı: 2. 983 dəfə baxılıb.

ÇıxışYolu.Com - Sabunçu stansiyası bu tarixdə açılacaq

2019-cu ilin may ayında Sabunçu dəmiryolu stansiyasının açılışı ediləcək. 

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Heydər Əliyevin ad günü tarixinə stansiyanın açılışı olacaq:

“Bunun üçün yeni qatarlar sifariş edilib və iki əlavə qatarımız var. Əvvəllər Sabunçudan Bakının mərkəzinə yarım saata çatmaq mümkün idisə, hazırda bu məsafə 10-12 dəqiqəyə bərabər olacaq. Qatarlar kiçik intervallarla bir saatdan bir hərəkət edəcək”.

Cavid Qurbanov qeyd edib ki, Sabunçudan Sumqayıta qədər olan məsafədə işlər ilin sonuna yekunlaşacaq:

“Abşeron dəmir yolu xəttində aparılan işləri əvvəllər bir-iki aya bitirəcəyimizi düşünürdük, amma orada iş həcmi çoxdur. Burada çox yerlərdə konfliktli toqquşmalar, kəsişmələr var. Maşınlarla dəmiryolu xəttinin kəsişməsini götürmək üçün çalışırıq ki, bütün keçidlər yer altında olsun”.