Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.
ÇıxışYolu.Com xəbər verir ki, Salyan rayon sakini 2001-ci il təvəllüdlü İsmayılov Nurlan Rayət oğlu bıçaqlanıb.
Əməliyyat edilən 18 yaşlı gəncin vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, Nurlan İsmayılov Gəncə Dövlət Universitetinin tələbəsidir.
Faktla bağlı Gəncə Şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma başlanılıb.