Şamaxı sakinini əqrəb sancıb.
Hadisə bu gün axşam saatlarında rayonun 2-ci Cabanı kəndində qeydə alınıb. Kənd sakini 1982- ci il təvəllüdlü Hüseynova Yüziyyə Qulam qızını yaşadığı evin həyətində iş görərkən əqrəb sancıb.
O, ailəsi tərəfindən Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Y.Hüseynovaya ilkin yardım göstərilib. Onun səhhəti pisləşdiyi üçün və zəhərlənmə ehtimalı nəzərə alınaraq həkimlərin nəzarəti altında Bakıya göndərilib.