Qitə Xokkey Liqasının mövsüm matçı zamanı Rusiyanın “Avanqard” xokkey qrupunun kapitanı Vyaçeslav Voynov Qazaxıstanın “Ağ Barsa” komandasının kapitanı Mixail Qluxovla yumruq davasına çıxıb.
Lenta.ru-nun məlumatına görə, bununla bağlı video “Twitter”də paylaşılıb.
Oyunçular arasında dava üçüncü dövrdə baş verib. Qluxov rəqibə qarşı güc tətbiq edib, ardından Voynov davaya başlayıb.
Qeyd edək ki, qarşılaşma “Avanqard”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
2014-cü ildə Voynov ABŞ-da həyat yoldaşına qarşı zorakılıqda ittiham edilərək, 90 gün həbs cəzasına məhkum olunmuşdu.