İstedadı və gözəlliyi ilə Türkiyə kino-film sektorunda seçilən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə “Alem” jurnalına verdiyi müsahibə və çəkilən şəkilləri ilə yenə də diqqət mərkəzinə düşüb.
2019-cu ili uğurlu hesab edən aktrisa çəkildiyi “Eşq təsadüfləri sevər -2” filminin izləyicilərə təqdim olunacağı günü səbrsizliklə gözləyir.
N.Cavadzadənin jurnaldakı şəkilləri fabrik makinaları, dəzgahları üzərində çəkilib.
Sosial medianı çox sevdiyini deyən aktrisa pis şərhlər yazılanda verdiyi reaksiyanı da açıqlayıb:
“Vallah, hər insan kimi mən də üzülürəm. Yalandan şərhləri oxumuram deməyəcəyəm. Oxuyuram və təəssüflənirəm. Zəng edib anama şikayət edirəm ki, belə yazıblar. Anam buna təəccüb edir, deyir ki, 15 ildir bu işdəsən, hələ də belə qəbul edirsən?”
Gözəl aktrisa bir günün necə keçir sualına belə cavab verib:
“Çəkilişdə. Zarafat bir yana, işləmədiyim və özümə vaxt ayıra bildiyim günlər çox az olsa da, özümə yaxşı baxmağa çalışıram. Tezdən oyanıram, 13 illik ən yaxın dostlarım olan pişiklərimə vaxt ayırıram, evdə səhər yeməyimi yeyirəm, idmana gedirəm, sevdiyim kafedə otururam, sevdiyim dostlarla görüşürəm. Həftədə ən azı bir günü baxım günü elan edib, massaja və ya dəri baxımı ilə bağlı prosedurlara gedirəm”.